Ronaldodan yenə qəlbləri fəth edən addım - VİDEO
Kristiano Ronaldo Portuqaliya milli komandasının avtobusunu 11 yaşlıq uşağa görə dayandırıb.
“Minval.info” xəbər verir ki, bu gün Portuqaliya millisi Avro-2020-nin seçmə mərhələsi çərçivəsində Hollandiyanı qəbul edəcək. Ötən gün komanda matçın hazırlıq məşqindən otelə doğru hərəkət edərkən Ronaldo avtobusu dayandırıb.
Buna səbəb isə Ronaldonun pəncərədən yolun kənarında dayanan və əlində “Kristiano Ronaldo, məni qucaqla” plakatı tutan 11 yaşlı Eduardonu görməsi olub.
Ronaldo sürücüdən avtobusu saxlamasını istəyib. Ardından ulduz futbolçu həmin uşaqla görüşüb, qucaqlaşıb və xatirə fotosu çəkdirib.
Sonradan bəlli olub ki, Eduardo Leykoz xəstəliyindən əziyyət çəkir.
Həmin görüntüləri təqdim edirik:
Paşa Sadıqlı
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kürdlərin müstəqillik arzusu daşa dəydi - səbəb
Saakaşvili: Qarabağ Azərbaycandır!
İngilis fotoqrafdan ağlasızmaz FOTOSESSİA
BDU-dakı vəziyyətlə bağlı mətbuat xidmətindən açıqlama
Bəhramla Tahir məmurları hədəfə aldı: "70-100 milyon oğurlayırlar" (VİDEO)
Hansı oyun, hansı kanalda?
Krım körpüsündəki partlayışda erməni izi