"Ronaldo bunu edə bilməyəcək"

Futbol üzrə İtaliya yığma komandasının sabiq hücumçusu Pyerluici Kaziraqi yay mövsümündə “Real”dan (İspaniya) “Yuventus”a keçən Kristiano Ronaldonun yeni komandadakı perspektivləri barədə fikirlərini bölüşüb.
“Report” “Football Italia” nəşrinə istinadən xəbər verir ki, keçmiş futbolçu Ronaldonun La Liqada olduğu kimi İtaliyada da 40 qol vuracağını düşünmədiyini deyib.
“İtaliya futbolu və bizim müdafiədəki oyunumuz İspaniyadakıdan fərqlənir. O bura qalib gəlmək üçün gəlib, lakin düşünmürəm ki, burada La Liqada olduğu kimi 40 top vuracaq”, – deyə Kaziraqi bildirib.
Ronaldo 2009/10-cu illər mövsümündən başlayaraq hər mövsüm “Real”ın heyətində bütün turnirlərdə ən azı 40 qol vurub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Alkoqol sonrası yaddaş itkisi: Səbəbləri nədir?
Ofeliya Sənani bədbəxt hadisə nəticəsində xəsarət alıb
Beşiktaş Luiz Arauxonu heyətinə qatır
Mourinyo: "Real"dakı münaqişəyə qarışmadım!
Sabah ÇL tarixində: 11 ölkədən 11 futbolçu!
Sabah Çempionlar Liqasında Mançesterə uduzdu: 0:4
Nişanlısı Coşqunun faciəsini göz yaşları ilə danışdı