Ronaldo bu hərəkətinə görə azarkeşdən üzr istədi - VİDEO
İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Kriştiano Ronaldo “Everton”la Premyer Liqa matçından sonra sındırdığı telefona görə azarkeşdən üzr istəyib.
“Minval.info” “Report”a istinadən xəbər verir ki, bu barədə 37 yaşlı hücumçu şəxsi instaqramında yazıb.
“Qırmızı şeytanlar”ın 0:1 hesabı ilə yenildiyi səfər qarşılaşmasının ardından Ronaldo paltardəyişmə otağına yollandığı vaxt azarkeşin əlindən vuraraq, telefonunu yerə salıb. Portuqaliyalı forvard belə anlarda emosiyalara hakim olmağın heç də həmişə asan olmadığını bildirib:
“Bununla belə, biz hər zaman hörmət, dözüm nümayiş etdirməli, gözəl oyunumuzu sevən gənclərə nümunə olmalıyıq. Çılğınlığıma görə üzr istəyir, ədalət və idman prinsiplərinə sədaqət əlaməti olaraq, mümkündürsə, həmin azarkeşi “Old Trafford” stadionundakı oyunumuza baxmağa dəvət edirəm”.
Hazırda “Mançester Yunayted” 31 oyundan 51 xalla 7-ci pillədə gedir. Növbəti oyun aprelin 16-da evdə “Norviç”ə qarşı olacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Gələn həftədən "SMS icazə" ləğv ediləcək?
Bu gündən problemli kreditlərlə bağlı ödənişlərin verilməsinə başlanılır
"Zirə" futbol klubu hücumçusu ilə yollarını ayırıb
Vətən müharibəsində şəhid olmuş idmançıların sayı açıqlandı
Lük Holts: "Azərbaycanla oyunun sonları bizim üçün asan keçmədi"