09.08.2026 - 20:16
Ölkə 19 baxış

Rezidentura imtahanının ikinci mərhələsində kimlər uğur qazandı? – Nəticələr açıqlandı

Rezidenturaya qəbul olmaq üçün keçirilən imtahanın ikinci mərhələsi uğurla başa çatıb. İmtahan avqustun 9-da Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil edilib.

Minval.info xəbər verir ki, bu mərhələ ilk dəfə olaraq elektron formatda Bakıda DİM-in elektron imtahanlar korpusunda və Naxçıvan şəhərindəki 4 saylı orta məktəbdə həyata keçirilib. Namizədlər imtahanın sonunda və ya ayrılan vaxt bitdikdən sonra nəticələrini dərhal öyrənə biliblər. Həmçinin, nəticələr DİM-in rəsmi internet səhifəsində dərc olunacaq.

İmtahanda iştirak etməli olan 996 namizəddən beşi iştirak etməyib. 827 namizəd isə ixtisas fənləri üzrə topladıqları test balları 50 və daha yuxarı olduğu üçün ixtisas seçiminə keçid hüququ qazanıb. İxtisas seçimi prosesi avqustun 12-dən 16-dək davam edəcək və namizədlər elektron ərizələr vasitəsilə uyğun ixtisasları seçərək təsdiqləməlidirlər.

İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 11-12 avqust tarixlərində saat 10:00-dan 17:00-dək şəxsiyyət vəsiqələri ilə DİM-in əsas inzibati binasına və ya regional bölmələrə yaxınlaşaraq ərizə təqdim edə bilərlər.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: