Restorandakı qısqanclıq davası barışıqla bitdi
Nizami Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Amid Ümidlinin cinayət işi üzrə məhkəmə prosesi sona çatıb. Hakim Nəriman Mehdiyevin sədrliyi ilə keçirilən iclasda qərar verilib ki, Amid Ümidli cinayət məsuliyyətindən azad edilsin və barəsindəki məhkəməyədək sadələşdirilmiş materialın icraatına xitam verilsin.
Minval.info xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində yerləşən bir restoranda baş verib. Amid Ümidli, zərərçəkmiş İnarə Əsədova ilə sevgi münasibətində olub. Hadisə zamanı İnarənin tanışı ilə səmimi söhbəti tərəflər arasında qısqanclıq zəminində mübahisəyə səbəb olub. Mübahisə zamanı Amid Ümidli İnarənin boynundan sıxıb və onun qol və bud nahiyələrinə yumruqla zərbələr endirib. Bu döyülmə nəticəsində İnarə Əsədovanın müxtəlif nahiyələrində xəsarətlər yaranıb.
Məhkəmənin hazırlıq iclasında Amid Ümidli elan olunmuş ittiham üzrə özünü təqsirli bilib və zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı ödədiyini bildirib. İnarə Əsədova da məhkəməyə ərizə təqdim edərək, təqsirləndirilən şəxsin vurduğu maddi ziyanı ödədiyini və tərəflərin barışdığını qeyd edib. O, Amidə qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirərək, cinayət işinin icraatına xitam verilməsini xahiş edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
General Zeynalov və kapitan Bayramovun "şabalıd davası" sona çatdı
8 il sonra üzə çıxan cinayət: biznesmen 3 yaşlı qızına təcavüz edirmiş
Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi
Bir gündə 84 nəfər saxlanıldı, 45 cinayətin üstü açıldı
Ana və ögey ata uşaqlara işgəncəyə görə həbs edildi
Ağdamda paltar yuma mübahisəsi ağır cinayətlə nəticələndi