Rep ifaçısı xalq artisti ilə birgə oxuduğu dueti təqdim edib
Rep ifaçısı xalq artisti ilə birgə oxuduğu dueti təqdim edib
Rep ifaçısı PRoMete (Pərviz İsaqov) Xalq artisti Faiq Ağayevlə birgə oxuduğu dueti təqdim edib.
Minval.info məlumatına görə, cütlüyün birgə səsləndirdiyi mahnı “Anaya məktub / Bəlkə də” adlanır.
Sözləri Vaqif Səmədoğlu, musiqisi PRoMete və Elgün Ataxanlıya aid olan trekdə PRoMetenin də əlavələri olub. Arajımanı isə Yaşar Baxış və Elgün Ataxanlıya həvalə edilib.
“Mahnının bu günlərdə dəyəri daha böyükdür. Ümid edirəm ki, bu payız belə mövzuların aktual olduğu son payız olacaq. Daha şəhidlərimiz, torpaqlarımızda qan-qada olmayacaq və bu mahnı da bu qərinə ərzində yazılan bəstələrimiz kimi tariximizi andıracaq.
Mahnını birlikdə ifa etməyimizə razı olduğu üçün dəyərli sənətkarımız Faiq Ağayevə qəlbdən təşəkkürlərimi göndərirəm.
Adını “Anaya məktub” qoyduğumuz bəstə musiqisi Emin Sabitoğlu, sözləri Vaqif Səmədoğluya aid olan “Bəlkə də” mahnısının motivləri əsasında yazılıb”,-deyə PRoMete bildirib.
Xatırladaq ki, mahnı ilk dəfə PRoMetenin martın 11-də “Elektra Events Hall”da baş tutan solo konsertində səsləndirilib.
https://youtu.be/2quPc64HzPQ?si=C-vM50sObvEk6eoP
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Şəki Xan sarayını bu ilin 9 ayında 178 min turist ziyarət edib
Xalq artisti Şövkət Ələkbərova 104 il əvvəl bu gün doğulub
Tanınmış meyxanaçı İlkin Çərkəzoğlu vəfat etdi
XII Bakı Beynəlxalq Kitab Sərgisində oxucuları nələr gözləyir?
Qarabağda mina təmizləyənlərin hekayəsi festivallarda mübarizə aparır
Əməkdar artist Gülüstan Əliyeva illər sonra yenidən "Leyli" rolunda
Dilarə Kazımova məşhur mahnıya yeni nəfəs verdi