““Relax”ın rəhbəri qardaşımdır” - İqbal Məmmədov
Milli Məclisin deputatı İqbal Məmmədov “Relax” İstirahət və Turizm Mərkəzində baş vermiş insidentlə əlaqədar növbəti açıqlamasını yayıb.
“Minval.info” xəbər verir ki, deputat İ.Məmmədov açıqlamasında bildirib ki, “Relax” İstirahət və Turizm Mərkəzinin təsisçisi və rəhbəri onun qardaşı Məmmədov Çingiz Nəriman oğludur:
“İstirahət mərkəzində baş vermiş insidentlə əlaqədar dərin təəssüf hissi keçirir və mərkəzin əməkdaşlarının hərəkətlərini qəti şəkildə pisləyirəm. Məzuniyyətdən qayıtdıqdan sonra bu barədə mənə məlumat verdilər.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
Vergilər Nazirliyi tərəfindən aparılan araşdırmalara köməklik məqsədilə yoxlama komissiyasına zəruri sənədlərin təqdim olunması təmin ediləcək. Ümid edirəm ki, qanun pozuntularına yol vermiş şəxslər barəsində qanunamüvafiq qərarlar qəbul ediləcək”.
Qeyd edək ki, deputat daha əvvəl oğlunun sağlanılmadığnı, hadisənin videosu olsa da, davanın turistlərlə polis arasında olduğunu bildirmişdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda