“Real Sosyedad” Antuan Qrizmannın transferindən 24 milyon avro qazanıb
Fransa milli komandasının futbolçusu Antuan Qrizmannın İspaniya “Atletiko”sundan “Barselona”ya transferindən daha bir klub qazanc əldə edib.
APA-nın məlumatına görə, “Real Sosyedad” bu keçiddən 24 milyon avro qazanıb.
Belə ki, transfer məbləğinin 20 faizi hücumçunun sabiq klubuna çatıb. Fransalını 120 milyon avroya satan “Atletiko” da bunun 24 milyonunu “Real Sosyedad”a verməli olub. Çünki A.Qrizmann 2014-cü ildə bu komandadan transfer olunarkən klublar arasında belə razılıq əldə edilib.
Qeyd edək ki, “Barselona” ilə hücumçu arasında müqavilədə onun komandadan ayrılması üçün zəruri olan məbləğ kimi 800 milyon avro göstərilib. Bu o deməkdir ki, A.Qrizmannın İspaniya klubunu tərk etməsi üçün bu məbləğ ödənilməlidir. Bununla da fransalı “Barselona”nın ən bahalı oyunçusu olub. Argentinalı Lionel Messidə bu rəqəm 700 milyondur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Siti” ilə bağlı yeni xəbər: O qədər xalı silinə bilər ki…
“Qızıl top” mərasiminin aparıcıları bəlli oldu
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi