"Real Madrid"in futbolçusu sürücülük hüququndan məhrum edilib
İspaniyanın “Real Madrid” klubunun futbolçusu Marselo sürücülük hüququndan məhrum edilib.
“Report” “O Globo”ya istinadən xəbər verir ki, buna səbəb 31 yaşlı müdafiəçinin avtomobil idarə edərkən spirtli içki testindən imtina etməsidir.
Oyunçu Braziliyanın Rio-de-Janeyro şəhərində polis tərəfindən saxlanılıb. Lakin o testdən imtina edərək 675 avro ödəmək qərarına gəlib. Oyunçu bir il ərzində ölkədə avtomobil idarə etmək hüququndan məhrum olub.
Qeyd edək ki, braziliyalı futbolçu yığmanın baş məşqçisi Titenin qərarı ilə ölkəsində keçirilən Amerika Kuboku turnirində iştirak etmir. O, bu səbəbdən ailəsi ilə birlikdə tətildədir. Marselo 2007-ci ildən “Real Madrid”in formasını geyinir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Siti” ilə bağlı yeni xəbər: O qədər xalı silinə bilər ki…
“Qızıl top” mərasiminin aparıcıları bəlli oldu
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi