"Real" daha iki ulduzun izinə düşüb
Ötən gün “Çelsi”dən qapıçı Tibo Kurtuanı heyətinə qatan “Real” transfer çalışmalarını davam etdirir.
Minval.info fanat.az-a istinadən xəbər verir ki, Mateo Kovaciçin “Çelsi”yə icarəyə verilməsindən sonra yarımmüdafiənin mərkəzinə oyunçu axtaran “Kral Klubu” iki ulduzu hədəfə alıb.
Bunlardan biri “Bavariya”dan Tyaqo Alkantara, digəri “Yuventus”dan Miralem Pyaniçdi. Alkantara üçün almanların 60, Pyaniç üçün italyanların 80 milyon avro istədiyi bildirilir.
“Real”ın əsasən Miralem Pyaniç variantı üzərində dayandığı bildirilir.
Qeyd edək ki, Alkantara 2013-cü ildə “Barselona”dan “Bavariya”ya 25 milyon avoya transfer olunub. “Yuventus” isə Pyaniçi 2016-cı ildə “Roma”dan 32 milyon avroya alıb.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mourinyo: "Real"dakı münaqişəyə qarışmadım!
Sabah ÇL tarixində: 11 ölkədən 11 futbolçu!
Sabah Çempionlar Liqasında Mançesterə uduzdu: 0:4
Nişanlısı Coşqunun faciəsini göz yaşları ilə danışdı
Sabah "Old Trafford"da tarixi imtahana çıxır
Nizami City: Şəhərin mərkəzində yeni həyat ünvanı
Messi və Ronaldu eyni komandada oynayacaq!