Ərdoğanın andiçmə mərasimində qalmaqal

CHP, İYİ, HDP-li millət vəkilləri Ərdoğanı alqışlamaq üçün ayağa qalxmayıb
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın inauqurasiya mərasimi keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, Türkiyə Böyük Millət Məclisində (TBMM) keçirilən mərasimi 22 prezident, 28 baş nazir və parlament sədri, həmçinin 6 beynəlxalq təşkilatın baş katibi izləyib.
“Türkiyə Cümhuriyyətinin şan və şərəfini qorumaq, ucaltmaq və üzərimə götürdüyüm vəzifəni obyektivlə yerinə yetirmək üçün bütün gücümlə işləyəcəyimə, Böyük Türk Milləti və tarix hüzurunda namusum və şərəfim üzərinə and içirəm” — deyə Ərdoğan inauqurasiya mərasimində bildirib.
Maraqlı məqam bundan ibarətdir ki, CHP, İYİ, HDP-li millət vəkilləri Ərdoğanı alqışlamaq üçün ayağa qalxmayıb.
Bundan sonra Türkiyənin himni səsləndirilib.
Andiçmə mərasimindən sonra Ərdoğan Mustafa Kamal Atatürkün məzarı – Anıtkabiri ziyarət etməyə gedib. Bu mərasimdən sonra isə inauqurasiya mərasiminə qatılacaq qonaqların şərəfinə ziyafət veriləcək.
Qeyd edək ki, Türkiyə prezidenti andiçmə mərasimindən sonra ilk xarici ölkə səfərini sabah Azərbaycana edəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sepah Hörmüzdə ABŞ pilotsuz gəmisini vurdu
Kanada və Ukrayna arasında 350 milyon dollarlıq anlaşma
Güllünün ölümündə şok etiraf: Qızı qatil çıxdı!
İranın raket hücumları: ABŞ bazaları hədəfdə
Anastasiya Trequbova keçmiş əri tərəfindən döyüldü
Şəkidə səhv ayaq əməliyyatı: Xəstə şikayətçi!
Ebola Konqoda 3 mindən çox can aldı