Ərdoğan Soçiyə gedir – Qarabağ məsələsi də masada olacaq
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinin dəvəti ilə bu gün Soçiyə bir günlük işgüzar səfər edəcək.
Musavat.com Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidentinin mətbuat xidməti məlumat yayıb.
Türkiyə liderinin Putinlə görüşündə hazırda aktual olan qlobal və regional məsələlərlə yanaşı, iki ölkə arasında ikitərəfli əlaqələrə dair fikir mübadiləsi aparılacaq.
Türkiyənin Suriyada mümkün əməliyyatı, terrorizmlə mübarizə, Suriyadakı son gəlişmələr, Rusiya-Ukrayna müharibəsi, Ankaranın səyləri ilə yaradılan taxıl dəhlizi, müdafiə sənayesi və enerji sahəsində əməkdaşlıq, Akkuyu Atom Elektrik Stansiyası mövzuları masada olacaq. Əfqanıstan və Liviyadakı mövcud vəziyyətlə bağlı da fikir mübadiləsi aparılacaq.
Soçidə keçiriləcək görüşdə Qarabağdakı son gəlişmələr də müzakirə ediləcək. Bu, Rusiya və Türkiyədən verilən son rəsmi açıqlamalarda da öz təsdiqini tapıb.
Musavat.com
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sepah Hörmüzdə ABŞ pilotsuz gəmisini vurdu
Kanada və Ukrayna arasında 350 milyon dollarlıq anlaşma
Güllünün ölümündə şok etiraf: Qızı qatil çıxdı!
İranın raket hücumları: ABŞ bazaları hədəfdə
Anastasiya Trequbova keçmiş əri tərəfindən döyüldü
Şəkidə səhv ayaq əməliyyatı: Xəstə şikayətçi!
Ebola Konqoda 3 mindən çox can aldı