Ərdoğan bu ifadənin patentini aldı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Dünya beşdən böyükdür” ifadəsinin patentini alıb.
Axar.az xəbər verir ki, bu barədə “Milliyyət” qəzeti məlumat yayıb.
Qəzet sözügedən ifadənin patentinin alınması üçün Ərdoğanın vəkilinin ötən ilin iyun ayında müraciət etdiyini bildirib.
Xəbərdə həmçinin “Dünya beşdən böyükdür” ifadəsinin qorunduğu bildirilib. Belə ki, bundan sonra hər il Türkiyə və beynəlxalq zəmində brendin başqaları tərəfindən istifadə edilməsi qadağan olunub. Hər hansı bir ölkə bu ifadəni kommersiya məqsədilə işlədərsə, dərhal etiraz ediləcək və məhkəməyə veriləcək.
Qeyd edək ki, Türkiyə prezidenti bundan əvvəl də “Rəcəb Tayyib Ərdoğan” və “RTE” adlarının patentini almışdı.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Alimlərdən SENSASİON KƏŞF: 4500 illik sirri açdılar
Dünyanın ən qorxunc evi satılır: Ürəklənib alan yoxdur - FOTOLAR
Şəhər səyahətləri mopedlərlə daha rahatdır - Fotolar
TikTok COP29-da #ClimateAction kampaniyasını başladır
Dilarənin kovboy tərzi - Fotolar
Müğənni konsertintdə rəqsi ilə diqqət çəkən nənəyə ev aldı - VİDEO