Ərdoğan: “Biz Qərb kimi günahsız insanları öldürmürük"
“Ümid edirəm ki, bu günün sonunadək Afrin terrorçulardan təmizlənəcək”.
Minval.İnfo xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. O deyib ki, Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun Afrində keçirdiyi əməliyyatı nəticəsində 3444 terrorçu məhv edilib.
R.T.Ərdoğan Afrində Türkiyənin günahsız insanları öldürməsi iddiasına da sərt cavab verib: “Biz Qərb kimi günahsız insanları öldürmürük. Ruanda, Liviyada minlərlə insanın canını aldılar. Əvvəlcə bunların, İraqda öldürdükləri günahsız insanların hesabını versinlər. Türkiyə günahsız insanları hədəf alsaydı Afrindəki əməliyyatlarımız çoxdan bitmiş olardı. Biz günahsız insanlara zərər gəlməməsi üçün tam ehtiyatlı şəkildə əməliyyat aparırıq”.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İsrailli politoloq: İrana qarşı sanksiyalardan Moskva qazanacaq
Azərbaycan XİN Şimali Makedoniyaya başsağlığı verdi
İlham Əliyev: "Ermənistanı daha da sarsıdacağıq"
Prezident İlham Əliyev: İslahatlar dərinləşəcək
