Ərbildə türkiyəli diplomatı qətlə yetirənlərdən biri axtarışda olan cinayətkardır
Türkiyənin İraqın Ərbil şəhərindəki Baş konsulluğunda xidmət edən 38 yaşlı diplomat Osman Köse və iki iraqlını qətlə yetirən cinayətkar dəstə üzvlərindən biri Mazlum Dağ adlı şəxsdir.
“Minval.İnfo” xəbər verir ki, İraqın təhlükəsizlik qüvvələri cinayətkar dəstənin axtarışını davam etdirir. İlkin araşdırma zamanı müəyyən olunub ki, qətlin birbaşa iştirakçılarından olan M.Dağ Türkiyənin Diyarbəkir bölgəsində doğulub və hazırda orada pasport qeydiyyatındadır. Onun axtarışda olduğu bildirilir. Hələlik axtarışın səbəbi barədə rəsmi açıqlama olmasa da Mazlum Dağın PKK terrorçusu olması şübhə doğrumur.
Qeyd edək ki, Osman Köse iyulun 17-də Ərbildə yemək vaxtı silahlı şəxslər tərəfindən iki iraqlı ilə birlikdə qətlə yetirilib. İlkin məlumatda görə, planlı şəkildə həyata keçirilən qətldə 4 nəfər iştirak edib. İraq hökumətinin açıqlamasına görə, cinayətkarların tapılması üçün əməliyyat-axtarış işləri davam edir. Türkiyə və İraq tərəfləri qətlin terror aktı olduğunu bildiriblər.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
“Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda