Rauf Arifoğlu 20 Yanvar günü şəhidlərin abidələrini ziyarət edib - FOTOLAR
35 saylı Xətai üçüncü seçki dairəsindən millət vəkilliyinə namizəd Rauf Arifoğlu 20 Yanvar faciəsinin ildönümü münasibətilə Xətai rayonundakı şəhid abidələrini və barelyefləri ziyarət edib.
İlk olaraq şəhid milli qəhrəman, Xətai rayonunda ən böyük küçələrdən birinin adını daşıyan İnqilab İsmayılovun barelyefi ziyarət olunub. Ziyarətdə onun ailə üzvləri də iştirak edib. Həyat yoldaşı Gülnaz Orucova və övladları İntiqam, Ələkbər və Tünzalə İsmayılovlara baş sağlığı verilib. Onlara vətən sizə minnətdardır deyilib. Şəhidin ruhuna fatehə oxunub.
R. Arifoğlu qeyd edib ki, yaxınlıqdakı parka şəhidimizin adı veriləcək. Daha sonra ziyarətçilər parkda görülən işlərlə tanış olublar.
R. Arifoğlu Azərbaycanın ilk milli zabitlərindən biri şəhid baş leytenant Həsənov Sədrəddin Qardaşxan oğlunun Mehmandarov 74 ünvanındakı barelyefini ziyarət edib. Şəhidin həyat yoldaşı da ziyarətə qatılıb, ona Allahdan rəhmət dilənib. R. Arifoğlu müstəqil dövlətin vətəndaşları olaraq bu şəhidlərə borclu olduğumuzu bildirib.
Ardından R. Arifoğlu Mehmandarov 74 ünvanında görülən işlərlə tanış olub, abadlıq işlərinə uğurlar diləyib.
Şıxlınski 59-da 5 şəhidimizin abidəsi ziyarət olunub. Ziyarətə sakinlər də qatılıb. Şəhidlərimiz Əliyev Bəkir İsa oğlu, Məmmədov İmanqulu Kamal oğlu, Əhmədov Əyyub Hacağa oğlu, İsmayılov Ayaz İsrail oğlu, Əliyev İlham Cəbrayıl oğlunun barelyefi önünə tər qərənfillər qoyulub.
ƏLAQƏLİ
Aydın Mirzəzadədən məktəbli geyimi ilə bağlı açıqlama: Milli ənənələr nəzərə alınıb
R. Arifoğlu çıxış edərək bildirib ki, bu gün hamı şəhidlər xiyabanındadır, biz isə məhəllələrdə büstü olan şəhidlərimizi ziyarət edirik. Bizim də qəlbimiz oradadır. Ancaq rayon ərazisində olan bu şəhidlərimizi də bu gün unutmaq olmaz. Dünyada heç bir xalq bu cür qırğınlardan sonra belə mütəşəkkil olmadı, dirçəlib dövlət qurmadı.
Bu şəhid oğullar sayəsində vətənimiz qorundu, müstəqil dövlət oldu. Azərbaycan toplumu tarixi ərazilərimizin geri qaytarılması üçün böyük bir mücadilənin içindədir. Şəhidlərimizin də bu mücadilədə rolu böyükdür”.
Həmçinin şəhid Həsən Salmani də ziyarət olunub, onun adına olan bulağın üzərinə qərənfillər düzülüb. Xanımı Cəvahir Salmani də ziyarətdə iştirak edib. Ona baş sağlığı verilib.
Daha sonra şəhid Bayramov Fəzail Qüdrət oğlunun, Əsgərli Alim Tələt oğlunun, daha sonra 257 saylı məktəbin həyətində Abbasov Ədalət Ənvər oğlunun büstü ziyarət olunub. Şəhidlərimizin ruhuna fatehə oxunub. Əbilov küçəsində də həmçinin şəhid Asəf Novruzovun barelyefi ziyarət olunub. Sakinlər bu addımı üçün Rauf Arifoğluna təşəkkürünü bildirib, onları narahat edən məsələləri də diqqətinə çatdırıblar.
Nərgiz LİFTİYEVA
Məhəmməd Türkmən































Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026