25.08.2026 - 18:26
Kriminal 26 baxış

Rasim Həsənovun azadlığına qarşı protest verildi

Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının keçmiş rəisi Rasim Həsənovun azadlığa buraxılması qərarına qarşı apellyasiya protesti verilib. Bu iş Bakı Apellyasiya Məhkəməsində araşdırılacaq.

Minval.info xəbər verir ki, məhkəmənin ilk baxış iclasının vaxtı hələlik müəyyən edilməyib. Rasim Həsənov, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan ibtidai istintaqın nəticələrinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və cinayət işi Bakı Hərbi Məhkəməsinə göndərilib.

Məhkəmədə dövlət ittihamını müdafiə edən prokuror, Rasim Həsənovun 3 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 10 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib. Lakin Bakı Hərbi Məhkəməsinin hökmü ilə Həsənovun əməlləri başqa maddələrlə tövsif edilərək 7 000 manat məbləğində cərimə cəzası təyin edilib və onun həbsdə olduğu müddət nəzərə alınaraq cərimənin məbləği 5 000 manata endirilib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: