Ramiz Mehdiyevin bankının lisenziyası ləğv edildi
Azərbaycan Mərkəzi Bankı, 27 iyul 2026-cı il tarixində verdiyi qərarla “Bank BTB” ASC-nin lisenziyasını ləğv edib. Bu addım, bankın müraciəti əsasında və “Banklar haqqında” qanunun müvafiq maddələrinə uyğun olaraq atılıb. Nəticədə, “Bank BTB” ASC-nin hüquqi varisi “T-Kredit” Bank Olmayan Kredit Təşkilatı MMC-yə yeni lisenziya verilib.
Minval.info xəbər verir ki, Mərkəzi Bankın daha əvvəlki qərarı ilə “Bank BTB” ASC-nin bank olmayan kredit təşkilatına çevrilməsi üçün razılıq verilmişdi. Bu proses çərçivəsində, bank öz əmanətçiləri və kreditorları qarşısında olan öhdəliklərini yerinə yetirmək üçün plan hazırlayıb və bu plan təsdiqlənib. “Azərbaycan Beynəlxalq Bankı” ASC ilə “Bank BTB” ASC arasında imzalanan müqavilə əsasında bankın aktiv və öhdəlikləri ABB-yə ötürülüb.
“Bank BTB” ASC-nin müştərilərinin depozitləri, şərtləri dəyişdirilmədən ABB-yə ötürülüb və müştərilərin vəsaitlərinə sərbəst çıxışı təmin edilib. Kredit portfelinin ötürülməsi də uğurla tamamlanıb və kreditlərə xidmət fasiləsiz davam etdirilib.
“T-Kredit” Bank Olmayan Kredit Təşkilatı MMC, Bakı şəhəri, Nigar Rəfibəyli küçəsi, ev 9 ünvanında fəaliyyət göstərəcək. Qeyd edək ki, “Bank BTB” ASC-nin səhmlərinin 74.98%-i Ramiz Mehdiyevin gəlini Nigar İsmayıl qızı Mehdiyevaya məxsus idi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda bəzi yollar iki gün bağlı olacaq
Alı Alıyev yeni köməkçisini təyin etdi
Azərbaycanda sosial məzuniyyət kimlərə verilir?
AZAL İstanbul və Tbilisi reyslərinin sayını artırır
135 nömrəli marşrut avtobusları yenilənir
ABŞ İranın ətrafında blokada planını müzakirə edir
Gülxanım Şirinova bürünc medal üçün mübarizədə məğlub oldu