24.04.2018 - 15:21
Siyasət
3 baxış
Ramiz Mehdiyev Nazim İbrahimovu tənqid etdi — İşinin öhdəsindən gələ bilməyib
“Diasporla İş üzrə Dövlət Komitəsinin işində narazılıqlar var idi, komitənin sədri Nazim İbrahimov öz vəzifəsinin öhdəsindən layiqincə gələ bilməyib. Təbii ki, bütün bunlardan prezident İlham Əliyevin də məlumatı var. Buna görə də, prezident Nazim İbrahimovun işdən azad edilməsi barədə sərəncam verib”.Report-un xəbərinə görə, bunu Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev deyib.
O xatırladıb ki, prezidentin növbəti sərəncamı ilə Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin olunub: “Cənab Prezident Fuad Muradovla görüşüb və ona konkret tapşırıqlarını verib. Gənc və perspektivli kadr olan Fuad Muradovun Diasporla İş üzrə Dövlət Komitəsinə təyin olunması böyük əhəmiyyət kəsb edir”.
Ramiz Mehdiyev qeyd edib ki, Nazim İbrahimov rəhbərliyi dövründə nə Gürcüstanda, nə Avropa ölkələrində, nə də orta Asiya ölkələrində yaşayan azərbaycanlılarla heç bir iş görülməyib: “Düzdür, komitədə müəyyən beynəlxalq tədbirlər keçirilib, amma konkret işlər görülməyib. Müəyyən tədbirlərin həyata keçirilməsində dövlət tərəfindən ayrılan maliyyə yardımları da öz ünvanına çatmayıb”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Aşqabad görüşü - Azərbaycan-İran münasibətlərində yeni mərhələ
29.11.2021 - 14:10
Ərdoğan: “Qərbə etibar yoxdur”
13.06.2022 - 10:49
Ərdoğan: "Bizə deyirlər ki, Azərbaycanda, Suriyada, Liviyada nə işiniz var"
10.11.2021 - 14:15
Vladimir Zelenski Azərbaycan Prezidentini təbrik edib
27.05.2020 - 13:44