Radio aparıcılarının davranışı haqda - Açıqlama
“Yaxın vaxtlarda radiolarda Azərbaycan ədəbi dilinin qorunması ilə bağlı monitorinqin keçirilməsi nəzərdə tutulur”.
Bunu Trend-ə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.
İndiyə qədər keçirilən monitorinqin nəticələri haqqında danışan N.Məhərrəmli bildirib ki, proseslər müsbətə doğru irəliləyir: “Özəl radio stansiyalarda isə gənc jurnalistlər arasında həddən artıq sərbəstlik, bəzən peşə etikasından kənara çıxmaq halları da var. Bu hal əsasən canlı bağlantılar zamanı hiss edilir və biraz narahatedici amildir”.
Şura sədrinin sözlərinə görə, MTRŞ-nın radiolardan gözləntiləri odur ki, təkcə müsiqi ilə öz işlərini bitmiş hesab etməsinlər: “Yəni radio təkcə musiqi kanalı deyil, xəbərlər, maarifləndirici və digər verilişlər də olmalıdır. Biz radiolarla iş apararkən bu məsələni xüsusi qabardırıq ki, onlar maarifləndirici verilişlərə xüsusi diqqət yetirsinlər. Çünki biz onlara ayrıca ixtisaslaşmış musiqi kanalı statusu vermirik”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mətbuat Şurası Türkiyə mediasını məlumatları yoxlamağa çağırıb
İranın çirkin hicab oyunu: "Sahar Azəri" ifşa olundu
“Kim Milyoner Olmak İster” yarışmasında aparıcı dəyişikliyi
Karolin Leavit Fox news-da fəaliyyətə başlayır
ANS-in keçmiş işçisi MTV Azərbaycan-a direktor oldu
Azərbaycanda basketbol mövzusunda yeni xəbər portalı açıldı
Azərbaycan və Küveyt arasında media əməkdaşlığı genişləndirilir