Rəsmi açıqlama: Dövlət Xidməti Kamil Zeynallını heç bir medalla təltif etməyib
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Kamil Zeynallının təltif edilməsiylə bağlı yayılan məlumatlara münasibət bildirib.
Minval.info xəbər verir ki, Dövlət Xidməti bildirir ki, bəzi sosial şəbəkə hesablarında və xəbər saytlarında Kamil Zeynallı adlı vətəndaşın Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırışı üzrə Dövlət Xidməti tərəfindən təltif olunması barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb:
“Həmin şəxs Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən heç bir medal və mükafatla təltif edilməyib”.
Qeyd edək ki, K.Zeynallı Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi tərəfindən təltif edilib. Bu barədə məlumat təltifnamənin möhür yerində də görünür.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026