“Rəşadın ayağının biri axtarışların ilk günü tapılmışdı” - Qabil Hüseynli
“Bizə demişdilər ki, əgər cəsəd tam aşkar olunmasa, pilotun bir ayağını dəfn edək”.
Bu fikirləri yenicag.az-a açıqlamasında iyulun 24-də qəzaya uğramış MiQ-29 hərbi təyyarəsinin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin cəsədinin tapılmasına münasibət bildirən hərbiçinin qayınatası, politoloq Qabil Hüseynli deyib.
Qabil Hüseynlinin sözlərinə görə, həlak olmuş pilotun ayağının biri axtarışların ilk günü tapılıbmış: “Polkovnik-leytenant Rəşad Atakişiyevin nəşi bu gün səhər tapılıb. Cəsədi təxminən tanımaq olurdu, amma cəsəddə deformasiyalar var idi. Təyyarə düşəndə “preslənib”. Kreslo çox möhkəm hazırlandığından, pilotun oturduğu kabinə demək olar ki, dağılmayıb. Onun əzalarının da müəyən hissələri tapılıb. Açığı, Rəşadın ayağının biri axtarışların ilk günü tapılmışdı. Bizə demişdilər ki, əgər cəsəd tam aşkar olunmasa, pilotun bir ayağını dəfn edək. Sonra axtarışlar daha ciddi surətdə aparıldı və bu gün cəsəd tapıldı”.
ƏLAQƏLİ
Ağdam, Xocalı və Laçın sakinlərinə damazlıq heyvanların paylanılmasına başlandı
Qabil Hüseynli qeyd edib ki, Rəşad Atakişiyev katapultdan istifadə etməyib: “Əgər etsəydi, kreslo tapılmazdı”.
Məlumata görə, pilot Rəşad Atakişiyevlə vida mərasimi sabah Müdafiə Nazirliyinin Tədris Mərkəzində keçiriləcək və hərbçi İkinci Fəxri Xiyabanda dəfn ediləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var