Rəşad Atakişiyev təyyarənin xilası üçün sonacan mübarizə aparıb - Hərbi təhlilçi
“Pilotun katapult anını gecikdirməsi ehtimalını ilk gündən irəli sürmüşdüm. Təcrübəli pilot üçün təyarəni xilas etmək şərəf məsələsidir. Döyüş maşını uğrunda sonacan mübarizə aparmış şərəfli zabit Rəşad Atakişiyevə Allahdan rəhmət diləyirəm”.
Minval.info-nun məlumatına görə, bu fikirləri hərbi icmalçı, ehtiyatda olan polkovnik-leytenant Nazim Bayram deyib.
Qəzanın səbəbinə gəlincə, N.Bayramın sözlərinə görə, Müdafiə Nazirliyində yaradılan “Aviasiya hadisəsinin araşdırılması komissiyası”nın rəyini şübhə altına almaq üçün əsası yoxdur:
“Quşlarla təyyarələrin toqquşması hadisələri nadir hal deyil. Hər il dünyada quşlarla təyyarələrin toqquşması ilə bağlı 5 mindən çox hadisə qeydə alınır və müxtəlif dərəcəli qəzalar baş verir.
Uzağa getməyək, bir neçə gün əvvəl quşların mühərrikə düşməsindən “Ural Avialiniyaları” kampaniyasının təyyarəsi qəza halında qarğıdalı sahəsinə eniş etdi. Bəzən isə quşlar pilot kabinasına çırpılırlar. Baxmayaraq ki, quş adi halda kiçik və yumşaq cismdir, təyyarənin yüksək sürətinə görə bəzən pilotlara ciddi xəsarətlər yetirir. Keçən il analoji hadisə İsveçrə hərbi təyyarəsi ilə baş vermişdi. Pilot xəsarət alsa da, katapult edə bilmişdi”.
Bununla yanaşı, hərbi təhlilçi deyir ki, Müdafiə Nazirliyinin komissiyasının rəyini şübhə altına almaq hər kəsin haqqıdır.
“Bunu kim nə niyətlə şübhə altına alırsa, özü bilər. Ancaq ümumən, yüksək sürətlə hərəkət edən təyyarəyə quşun çırpılmasına və bunun nəticəsində pilotun xəsarət ala bilməsinə sosial şəbəkələrdə lağ-lağı etmək sadəcə, avamlıq və avarıçılıq deyil, aqressiv nadanlıqdır. Bunu etməsinlər”.
ƏLAQƏLİ
Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə müvəffəqiyyət qazandı
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məkkə Sazişi bölgədə yeni təhlükəsizlik dinamikası yaradır
Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə müvəffəqiyyət qazandı
Zakir Həsənov və Yaşar Gülər Şuşada görüş keçirdi
Azərbaycan ordusunda müasir artilleriya sistemləri lokallaşdırılır
Azərbaycan və Çin minatəmizləmə sahəsində əməkdaşlıq müzakirə edir
Azərbaycan, Türkiyə və Özbəkistanın birgə hərbi təlimi başa çatdı
Birliyin gücü - 2026 hərbi təlimində müşahidəçi günü keçirilib