Qurban Qurbanov: Uduzsaq, faciə olmayacaq
“Bizi çətin oyun gözləyir. Ötən il Albaniyada oynamışıq, bilirik ki, azarkeşlər sona qədər komandalarını dəstəkləyir və futbolçuları çox xarakterlidir”.
“Qarabağ”ın rəsmi saytı xəbər verir ki, bu sözləri komandanın baş məşqçisi Qurban Qurbanov deyib.
Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununda səfərdə “Partizani” ilə qarşılaşacaq Ağdam təmsilçisinin çalışdırıcısı oyundan qabaq təşkil olunan mətbuat konfransında fikirlərini bölüşüb.
O, rəqibin yeni baş məşqçisinin bütün sürprizlərinə hazır olacaqlarını deyib: “Bilirik ki, rəqib komandaya yeni baş məşqçi gəlib, yeni sistem var, bizə məlum olmayan sürprizlər gözləyirik və buna hazır olmalıyıq. Bu mərhələdə uduzmağımızı faciə saymaq düzgün deyil, dünya futbolunda hər şey ola bilər, önəmli olan səhvlərdən nəticə çıxarmağı bacarmaqdır. Nəticəyə gəlincə, biz burada qələbə qazanmaq istəyirik, amma hər zaman sərfəli nəticə qazanmaq daha vacibdir, bəzən qol buraxmamağı da uğurlu nəticə saymaq olar”.
Q.Qurbanov hava şəraitinin oyuna təsir etməyəcəyini də vurğulayıb: “Sabah hava isti olacaq, biz bunu fikirləşməli deyilik, hər cür hava şəraitinə hazır olmalıyıq. Əsas işimiz oyuna tam konsantrasiya olmaq və oyun intizamını saxlamaq lazımdır”.
Təcrübəli mütəxəssis yekunda “Qarabağ”ın keçmiş albaniyalı oyunçusu Ansi Aqolli haqqında fikirlərini də bölüşüb: “Ansi Aqolli bizim komandamızdan yox, ailəmizdən gedib. Bir baş məşqçi kimi arzulamışam ki, komandamda Ansi Aqolli kimi yaxşı insan və futbolçular çox olsun”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Siti” ilə bağlı yeni xəbər: O qədər xalı silinə bilər ki…
“Qızıl top” mərasiminin aparıcıları bəlli oldu
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi