20.11.2026 - 13:44
“Siti”nin sahibləri 2 milyard dollarlıq kreditdən məhrum oldular
İdman 213 baxış

“Siti”nin sahibləri 2 milyard dollarlıq kreditdən məhrum oldular

“Mançester Siti”nin sahibləri, maliyyə pozuntuları ittihamları səbəbindən böyük bir kredit imkanından məhrum qalıblar. Publika.az-ın məlumatına görə, Amerika investisiya şirkəti “Apollo Global Management”, klubun maliyyə qaydalarını pozduğunu etiraf etməsindən sonra 2 milyard dollarlıq kredit verməkdən imtina edib.

“Siti” əvvəllər İngiltərə Premyer Liqasının maliyyə qaydalarını pozmaqda 115 ittihamdan 114-də təqsirli bilinmişdi. Bu qərara qarşı klub apelyasiya şikayəti verib. Kreditin, klubun əlavə likvidliyini təmin etmək və mövcud kreditləri yenidən maliyyələşdirmək məqsədilə istifadə edilməsi planlaşdırılırdı.

Danışıqların son mərhələdə olduğu bir vaxtda belə bir qərarın verilməsi, klubun maliyyə vəziyyətinə ciddi təsir göstərə bilər. Bu arada, ötən ay klubun sahibi Mənsur bin Zayed Əl Nəhyanın “City Football Group”a birbaşa 100 milyon funt sterlinq investisiya qoyduğu bildirilmişdi.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: