“Quran”da adı keçən nadir quş Lənkəranda tapıldı - FOTO

Lənkəranda Əbabil quşu tapılıb.
Oxu.Az-ın bölgə müxbirinin verdiyi məlumat görə, çox nadir hallarda rast gəlinən əbabil quşları Lənkəranda yaşayan Rzayevlər ailəsinin evinə daxil olublar.
Ev sahibi Elmira Rzayeva deyir ki, bu quşlar əvvəllər də tək halda onların evinə gəliblər. Amma sonuncu dəfə üç əbabil quşu evin daxilindəki pilləkənlərdə oturaq halda gözə dəyiblər.
Quşların uçmadığını görən ev sahibi onları qutuda saxlamaq qərarına gəlib. Lakin quşlar evə gəldikləri günün səhəri otaqlarda qanad açıb uçmağa başlayıblar.
Özünəməxsus xüsusiyyətlərə malik olan Əbabil nadir quşlardan biridir. Bu quşlar haqqında “Quran-i-Kərim”in “Fil” surəsində də geniş məlumat verilib.
Əbabil quşları ömürlərinin çox hissəsini səmada uçmaqla keçirirlər. Yerə təkcə qidalanmaq üçün qonurlar.
Qeyd edək ki, miqrasiya zamanı çox sayda itkiyə məruz qaldıqları üçün bu quşların sayı kifayət qədər azalıb və hazırda Əbabil nadir quş növlərindən biri hesab olunur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Alimlərdən SENSASİON KƏŞF: 4500 illik sirri açdılar
Dünyanın ən qorxunc evi satılır: Ürəklənib alan yoxdur - FOTOLAR
Şəhər səyahətləri mopedlərlə daha rahatdır - Fotolar
TikTok COP29-da #ClimateAction kampaniyasını başladır
Dilarənin kovboy tərzi - Fotolar
Müğənni konsertintdə rəqsi ilə diqqət çəkən nənəyə ev aldı - VİDEO