Qulu Məhərrəmli: “Yeni televiziya kanalının yaradılması ümid oyadır”
Milli Televiziya və Radio Şurasının (MTRŞ) “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin peyk yayımı üçün müddətsiz lisenziya verib.
Televiziya eksperti, professor Qulu Məhərrəmli Sputnik Azərbaycan-a deyir ki, televiziya məkanı peşəkarlıq baxımından istənilən səviyyədə olmadığına görə, auditoriya, tamaşaçı hər yeni açılan kanala ümidlə baxır:
“Azərbaycan televiziya məkanında xəbər anlayışı öləziyib. Demək olar ki, hər hansı bir hadisəni operativ işıqlandıran televiziya kanalımız yoxdur. Bəzi internet kanalları buna cəhd edirlər, lakin onların imkanları yetərli deyil. Ona görə də yeni televiziya kanalının yaradılması ümid oyadır”.
Qeyd edək ki, bir neçə müddət əvvəl Milli Televiziya və Radio Şurası (MTRŞ) 14 noyabr tarixli qərarı ilə ixtisaslaşmış (xəbər) televiziya kanalının açılması üçün ümumrespublika televiziya yayımı üzrə elan edilmiş müsabiqədə “Türkel TV” MMC-ni qalib elan etmişdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xərçəng xəstəliyinə qalib gələn aparıcı: “Həkim dedi ki, kəfəni yırtmısan”
Jurnalist Elşad Paşasoyun anası vəfat edib
Əməkdar jurnalist Nasir Əhmədli dəfn olunub
Əvəz Zeynallı ombudsman Səbinə Əliyevaya MÜRACİƏT ETDİ
"New Media Hub" adlı layihə davam edir
AzTV-nin daha bir əməkdaşı koronavirusdan vəfat etdi - FOTO
Qadir İbrahimli vəfat etdi