“Quli” ləqəbli Nadir Səlifov Bakıya gətirilib - Təfərrüat
Ölkədə və ondan kınarda “Lotu Quli” kimi tanınan kriminal avtoritet Nadir Səlifov (İsmayılov) hazırda Bakıdadır.
Bu barədə Musavat.com-un əməkdaşına onun yaxın dostlarından biri danışıb.
Müsahibimizin bildirdiyinə görə, Nadir Səlifov ötən həftənin şənbə günündən Bakıya gətirilib.
Verilən xəbərə görə, N.Səlifovun ekstradisiyasını yüksək rütbəli polis məmurlarından biri həyata keçirib və hazırda “Quli” ev dustağı şəraitində saxlanılır.
Qeyd edək ki, N.Səlifov Aəzrbaycan həbsxanalarında 22,5 il cəza çəkdikdən sonra ötən ilin oktyabr ayında azadlığa buraxılıb və dərhal da ölkəni tərk edərək Türkiyəyə yerləşib.
Ancaq iki aydan artıqdır ki, Rusiya Federasiyası onun barəsində çoxsaylı şikayətlər olduğunu əsas gətirərək, N.Səlifovun Rusiyanın hüquq-mühafizə orqanlarına təhvil verilməsini istəyirdi, Türkiyə isə bu “göstərişi” yerinə yetirmək istəmirdi.
Belə görünür ki, artıq çıxış yolu tapılıb – “Quli” uzun illər cəza çəkdiyi ölkəyə göndərilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Dələduzluq əməliyyatı: 7 nəfər saxlanıldı
Telefon ekranındakı yaşıl və narıncı nöqtələr nədir?
Keçmiş icra başçısının əmlakı satışa çıxarıldı
Milyonluq dələduzluq: Məhkəmədə yeni iddialar
Neftçi çətin oyunlar öncəsi hazırlıqlara başlayır
Bakıda milyonluq ev saxta sənədlərlə satıldı!
DTX beş ölkədə terror əməliyyatı keçirdi