Qubada yeyib-içmək məclisi təşkil edən 5 gənc saxlanıldı
Ölkə ərazisində xüsusi karantin rejiminin elan edilməsinə baxmayaraq bəzi şəxslər tərəfindən nizam-intizamın pozulması hallarına hələdə rast gəlinməkdədir.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, Quba rayonunun 2-ci Nügədi kənd sakinləri olan beş gənc kənd ərazisində yerləşən Çənlibel gölü ətrafında toplaşaraq yeyib-içmək məclisi təşkil ediblər.
Elan edilmiş xüsusi karantin qaydalarını kobudcasına pozan şəxslər ərazidə xidmət aparan Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətiriliblər və burada hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək 100 manat miqdarında cərimə ediliblər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yanvarın 21-i ilə bağlı açıqlama – qeyri-iş günləri açıqlandı
Fədayə Laçınla bağlı son xəbər
Hava ilə bağlı xəbərdarlıq - Temperatur enəcək
Yasamalın sabiq icra başçısı: “Canımla əlləşirəm, nə şirkət, nə tikinti...”
Vilayət Eyvazov şəhid oğluna vəzifə verdi