Qubada yaşayış yerini qanunsuz tərk edən koronavirus xəstəsi tutuldu

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə COVID-19 virusuna yoluxmuş bir nəfərin yaşayış yerini tərk etdiyi müəyyən edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Xaçmaz şəhər sakini K.Məmmədova koronavirus testinin nəticəsi pozitiv çıxdığına görə ona ev şəraitində müalicə təyin olunub.
Həmin şəxsə yaşayış yerini tərk etməməsi, qaydalara riayət etməsi tapşırılıb.
COVID-19-a yoluxmuş qadın Quba rayonu ərazisində polis əməkdaşları tərəfindən yoxlanılan zaman onun qaydaları pozaraq yaşadığı ünvanı tərk etdiyi aşkar edilib.
Dərhal keçirilən tədbirlərlə əraziyə həkim briqadası dəvət edilib və qadın təcili tibbi yardım avtomobilinə mindirilərək Quba rayonu ərazisindəki koronavirusa yoluxmuş şəxslərin müalicə aldığı xəstəxanaya yerləşdirilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sumqayıtda sərnişin avtobusu qəza törətdi - Video
Yaşayış yerini tərk edən koronavirus xəstələrinə cinayət işi açılıb
Azərbaycanda şok hadisə: Ata 11 yaşlı oğlunu basdırdı, anasından gizlətdi
Nigar Camala hücum edən şəxs saxlanıldı
Bir sutkada baş verən yol qəzalarında 4 nəfər ölüb, 42 nəfər xəsarət alıb