Quba-Tüləkəran yolunda torpaq sürüşməsi: Təhlükə hələ də sovuşmayıb
Quba rayonunda altı kəndi birləşdirən Quba-Tüləkəran avtomobil yolunun 4-cü kilometrliyində baş verən torpaq sürüşməsi hələ də tam həllini tapmayıb. İyunun 16-da baş verən hadisə nəticəsində yolun asfalt örtüyü zədələnib və kəndlər arasında nəqliyyat əlaqəsi çətinləşib.
Minval.info xəbər verir ki, sürüşmə zonasından kənarda, təxminən 3 kilometr uzunluğunda müvəqqəti alternativ yol salınıb. Lakin bu yol da sürücülər üçün ciddi problemlər yaradır. Sürücülər yolun avtomobillərə ziyan vurduğunu və bəzi hallarda nəqliyyat vasitələrinin çay yatağında qaldığını bildirirlər.
Yolun bir hissəsinin təxminən 10 metr çökdüyünü deyən sakinlərdən Bünyad Həsənov, sürüşmənin davam etdiyini və yolun təmir edilmədiyi təqdirdə vəziyyətin daha da pisləşəcəyini vurğulayıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Quba-Tüləkəran yolunda baş verən torpaq sürüşməsi nəticəsində yaranan çökməni təsdiqləyib. Hərəkətin fasiləsizliyini təmin etmək üçün müvəqqəti yol istifadəyə verilib. Əsas yolun bərpası üçün əraziyə baxış keçirilib və müvafiq təkliflər hazırlanaraq təqdim olunub. Layihə sənədlərinin hazırlanması işləri davam edir və təsdiqləndikdən sonra bərpa işlərinə başlanılacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdə havanın temperaturu 5-10 dərəcə enəcək - xəbərdarlıq
Milli Qəhrəman Ehtiram Əliyevin səhhəti ağırlaşıb
Hacı Qalib indi də Bilgəhdə ümumi istifadədə olan yolu bağlayıb - Fotolar
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib
Qeyri-sabit hava şəraiti bu tarixədək davam edəcək
Dağlıq ərazilərə qar yağır