Qohumlar arasında qanlı mübahisə: 16 yaşlı yeniyetmə 44 yaşlı kişini niyə bıçaqladı?
Biləsuvar rayonunun Dərvişli kəndində baş verən qətl hadisəsinin təfərrüatları üzə çıxıb. 16 yaşlı yeniyetmə ilə 44 yaşlı Şölət Rüstəmli arasında yaranan mübahisə faciə ilə nəticələnib.
Minval.info xəbər verir ki, hadisə avqustun 13-də axşam saatlarında kənddəki dükanın qarşısında baş verib. Yeniyetmə, mübahisə zamanı həmkəndlisini bıçaqlayıb.
Yaralanan Şölət Rüstəmli kənd sakinləri tərəfindən öz avtomobilində Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına aparılsa da, yolda həyatını itirib. Kənd sakinləri bildirir ki, tərəflər yaxın qohum olub və aralarında əvvəllər ciddi bir problem yaşanmayıb.
Şölət Rüstəmlinin cəsədi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Biləsuvar Rayon Şöbəsinə təhvil verilib. Hadisəni törətməkdə şübhəli bilinən yeniyetmə polis tərəfindən saxlanılıb və istintaqa təhvil verilib. Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
General Zeynalov və kapitan Bayramovun "şabalıd davası" sona çatdı
8 il sonra üzə çıxan cinayət: biznesmen 3 yaşlı qızına təcavüz edirmiş
Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi
Bir gündə 84 nəfər saxlanıldı, 45 cinayətin üstü açıldı
Ana və ögey ata uşaqlara işgəncəyə görə həbs edildi
Ağdamda paltar yuma mübahisəsi ağır cinayətlə nəticələndi