Qocalmanın qarşısını alan dərman uğurla sınaqdan keçdi - Ölüm ayağında olan qoca ayağa durub gəzdi
Elm ağıla gəlməyəcək zirvələri fəth edir. Elm dünyası qocalığın qarşısını almaq və ya qocalıq prosesini yavaşlatmaq üçün yeni yollar axtarır.
“Minval.info” bizimyol.info-ya istinadən xəbər verir ki, ABŞ-dakı Ostin Universitetinin alimləri insanların iştirakı ilə qocalıq fenotiplərinin hüceyrələrinin məhv edilməsi üçün ilk klinik sınaq keçirib. Bu haqda “Science Alert” nəşri yazıb.
Sınaqda ağciyərlərin fibrozundan əziyyət çəkən 14 pasiyent iştirak edib. Ölümcül vəziyyətdə olan adamlara üç həftə ərzində doqquz doza dazatinib və çoxlu bioloji aktiv əlavələrin olduğu kversetin qarışığı verilib. Qarışıq dərman məhz qocalıq fenotiplərinin hüceyrələrinin məhvinə hesablanıb.
ƏLAQƏLİ
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Sınaqdan sonra pasiyentlər rahat gəzməyə başlayıblar. Onların vəziyyəti xeyli yaxşılaşıb.
İndi alimlər ağciyər fibrozuna yoluxmuş 15 və xroniki böyrək xəstəliyindən əziyyət çəkən daha 20 pasiyentin iştirakı ilə sınağa hazırlaşır. Müalicə effektiv və təhlükəsiz təsir bağışlasa, gələcəkdə həyatına daha az təhlükə olan adamlar da sınaqda iştirak edəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Telefonlar bizi dinləyirmi? – Mütəxəssislərdən vacib tövsiyələr
Emin Ağalarovun sevinci: “Sea breeze”də i̇lk uşaq doğuldu
Bu bürclər səhv insanlara dəfələrlə aşiq olurlar
Avropa İttifaqının Azərbaycandakı səfiri Azərbaycan dilini öyrənir
ABŞ-də ChatGPT-yə görə OpenAI məhkəməyə verildi
Alimlərdən SENSASİON KƏŞF: 4500 illik sirri açdılar