Qobuda təcili yardım ünvana çata bilmədi - xəstəni FHN gətirdi

Qobuda bərbad yol təcili yardımın ünvana çatmasına imkan verməyib.
Minval.info Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Abşeron rayonunun Qobu qəsəbəsinin sakini, 1964-cü il təvəllüdlü Reyhan Məhərrəm qızı Quliyevanın səhhəti kəskin pisləşdiyi üçün yaşadığı ünvana həkim briqadası çağırılıb, lakin yolun keçilməzliyi səbəbilə Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (TTTYS) avtomobili çağırış olan əraziyə çata bilməyib.
FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər xəstəni xərəklə TTTYS-nin avtomobilinin olduğu əraziyə çatdıraraq həkim briqadasına təhvil veriblər.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zirə və Qarabağ: Məğlubedilməzlik seriyası təhlükədə!
Qara dənizdə dron hücumu: Azərbaycanlılar hədəf alındı
Bakı Metropolitenində yeni maliyyə rəhbərliyi təyinatı
Bakıda yağmursuz hava, rayonlarda leysan gözlənilir
Vikinqdə heyət dəyişikliyi: Sabah üçün şans?
Azərbaycanda qızıl və gümüş ucuzlaşdı
Azərbaycanda nadir hamiləlik: Döl qaraciyərdə inkişaf edir