Qida sektorunda inqilab:“Burger King” süni ətlə yemək satacaq - VİDEO
Qida sektorunda inqilabi addım gözlənilir. İlin sonuna qədər ABŞ-ın bütün bütün “Burger King” restoranlarında süni ətlə yemək satılacaq. Bu haqda “Verge” nəşri yazıb.
Aprelin əvvəllərində artıq eksperiment aparılıb. Sent-Luisdəki 59 məntəqədə vegeterian burgeri adlanan yemək satılıb. Nəticə uğurlu sayılıb. İndi ölkənin başqa yerlərində də süni ətlə yemək satılacaq.
Yeni növ burgerlərdə ətin dadını imitasiya etmək üçün xammal kimi noxud, soya, buğda və bitki yağından istifadə olunacaq. Bu hamburgerlərdə yağın daha 15 faiz az olduğu bildirilir. Sadəcə, vegeterian burgerlər digərinə nisbətən 1 dollar bahadır.
“Burger King” yeni məhsulu investorlarından biri Bill Qeyts olan “Impossible Foods” startapı ilə birlikdə hazırlayır. Tezliklə ABŞ-dan kənarda da yayılması gözlənilir./Bizimyol.info
ƏLAQƏLİ
Kamil Şahverdiyev: "Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil"
https://www.youtube.com/watch?v=N9FED3jkNTo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Arkanzasda 1 milyon dollar dəyərində almaz aşkarlandı
Brunello Cucinelli Daşkənddə tarixi mədrəsəni podiuma çevirdi
30 dollara alınan rəsm əsəri 1,35 milyon dollara satıldı
Dağıstanda keçi sürücüyə qisas aldı
Yuxuda kabuslar görmək nə ilə əlaqədardır?
Təbiət bacarıqları ilə bağlı təlimlər insanların ruhunu yüksəldir