Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək? – AÇIQLAMA

Azərbaycan ərazisində qeyri-sabit hava şəraiti sabah səhər saatlarınadək davam edəcək.
Minval.İnfo xəbər verir ki, bu sözləri Oxu.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova hazırda mövcud olan qeyri-sabit hava şəraiti haqqında danışarkən deyib.

O bildirib ki, sabah günorta saatlarında havanın temperaturu tədricən mülayimləşəcək:
“Bu gün hava şəraiti ötən günə nisbətən qismən dəyişib. Sutka ərzində paytaxtda və ölkə ərazisində güclü şimal-qərb küləyi əsəcək, arabir yağış yağacaq. Bu hava şəraiti martın 31-i səhər saatlarınadək davam edəcək. Həmin müddətdən sonra şimal-qərb küləyi tədricən mülayimləşəcək və günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəz olunacaq”.

G.Məmmədova bildirib ki, martın 30-31-də havanın temperaturu 5-10 dərəcə aşağı enəcək:
“Bu gün və sabah hava şəraitinin paytaxt Bakıda dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir”.

G.Məmmədova qeyd edib ki, aprelin 1-dən ölkə ərazisində hava şəraiti mülayim və yağmursuz keçəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda kəpənəklərin kütləvi artması ilə bağlı açıqlama
Sabah leysan yağacaq, şimşək çaxacaq - PROQNOZ
Maska taxmamağa görə cərimələr təsdiqləndi
Hücum edən vəhşi heyvanı vuranlar cərimələnir? - AÇIQLAMA
İşıqlandırılmayan, işarələnməyən, təhlükəli Ağsu aşırımı
Sürücülərin diqqətinə!
Sabahın hava proqnozu açıqlanıb