Qeyri-sabit hava şəraiti nə vaxta kimi davam edəcək? (AÇIQLAMA)
Əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində qeyri-sabit hava şəraiti hökm sürür.
Bu gün gecə saatlarından başlayaraq paytaxtda hava şəraitinin dəyişildiyi, yağış yağdığı və bəzi ərazilərdə isə yağışın leysan xarakterli olduğu müşahidə olunur.
Bunu açıqlamasında Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib. O, qeyri-sabit hava şəraitinin gün ərzində davam edəcəyini və axşam saatlarına doğru yağışın yağmasında fasilələr yaranacağını bildirib.
“Sentyabrın 24-ü gün ərzində yağmursuz hava şəraitinin müşahidə olunacağı, gecə saatlarında yağış yağacağı ehtimal olunur. Mülayim cənub-şərq küləklərinin üstünlüyü müşahidə olunacaq, havanın tempraturu ötən günlərlə müqayisədə təxminən 2-4 dərəcə aşağı enəcək, günorta saatlarında tempraturun 24-25 dərəcədən yüksək olacağı gözlənilmir. Lakin sentyabrın 25-də ölkə ərazisində yağmursuz hava şəraitinin keçəcəyi gözlənilir”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?