28.09.2026 - 16:53
Qətərdən Avropa və Asiyaya qaz tədarükü təxirə salındı
İqtisadiyyat 2 baxış

Qətərdən Avropa və Asiyaya qaz tədarükü təxirə salındı

Qətərin dövlət enerji şirkəti “QatarEnergy” Avropa və Asiya ölkələrinə mayeləşdirilmiş təbii qaz (LNG) tədarükünü fövqəladə vəziyyət rejimi çərçivəsində uzadıb. Bu qərarın əsas səbəbi Hörmüz boğazında davam edən gəmiçilik problemləridir.

Minval.info xəbər verir ki, Bloomberg-in məlumatına görə, şirkət bəzi müqavilə üzrə nəzərdə tutulan LNG tədarüklərini təxirə salıb. Pakistan və Banqladeşə bu barədə bildiriş göndərilib və məhdudiyyətlərin noyabr ayına qədər davam edəcəyi gözlənilir. İtaliyanın “Edison” enerji şirkəti də Qətərdən ona tədarükün dekabrın əvvəlinə qədər dayandırıldığını təsdiqləyib. Hindistanda da ən azı bir idxalçı şirkət bu barədə məlumat alıb.

Qətərin qaz tədarükü ilə bağlı məhdudiyyətləri Avropa İttifaqı ölkələrinin qaz anbarlarının doldurulmasına mane ola bilər. “QatarEnergy” əvvəllər də oxşar qərarlar qəbul edərək müqavilə üzrə nəzərdə tutulan qaz yüklərinin bir hissəsini ləğv edib. İndiyədək bu qərarlardan təsirlənən LNG yüklərinin sayı 29-a çatıb ki, bu da 3,8 milyard kubmetr təbii qaza bərabərdir.

Tədarük problemlərinin əsas səbəbi Hörmüz boğazındakı vəziyyətdir. İranın boğazın açılması ilə bağlı şərtləri yumşaltmaq niyyətində olmaması və ABŞ ilə aparılan danışıqlarda irəliləyiş əldə olunmaması vəziyyəti daha da çətinləşdirir.

Qətər üçün alternativ ixrac marşrutlarının məhdud olması da çətinlik yaradır. Əvvəllər dünya üzrə LNG tədarükünün təxminən beşdə biri bu boğazdan keçirdi.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: