Qazaxda narkotik alverçisi yaxalandı (FOTO)

Qazax rayon Polis Şöbəsinə (RPŞ) rayon sakini, Şükür Məmmədovun qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə olan marixuana əldə edib saxlaması barədə əməliyyat məlumatı daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Minval.info-ya verilən məlumata görə, məlumat ilə əlaqədar polis əməkdaşları təxrəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirib və Ş. Məmmədov şətri alıcıya narkotik vasitə satarkən saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman 8 ədəd kibrit qutusunda olan “marixuana” aşkar edilərək götürülüb.
RPŞ əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən, rayon sakini Ceyhun Yahyayev saxlanılıb. Şübhəli şəxsin yaşadığı evə baxış keçirilən zaman oradan narkotik vasitə olan “heroin, “metamfetamin”, “marixuana”, güclü təsiredici gücə malik psixotrop həblər, şpirslər və bir ədəd elektron tərəzi aşkar edilərək götürülüb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda ata oğlunu öldürdü
9 ildir axtarılan Xəyalə öldürülübmüş - Qalıqları tapıldı - Foto
Abşeronda DƏHŞƏT: Yeniyetmə oğlan anasını öldürdü
Azərbaycanda müəmmalı hadisə: 41 yaşlı kişi dəhşət saçdı

