01.09.2026 - 11:06
Kriminal 24 baxış

Qayınanasını öldürən ananın cəzası ağırlaşdırıldı

Şirvan Apellyasiya Məhkəməsində qayınanasını öldürməkdə təqsirləndirilən iki uşaq anası Ruhanə İmanovanın apellyasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb. Məhkəmə, zərərçəkmiş şəxsin hüquqi varisinin apellyasiya şikayətini qismən təmin edərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünü dəyişdirib və təqsirləndirilən şəxsə 11 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib.

Minval.info xəbər verir ki, hadisə müalicə məqsədilə dişə taxılan breketə görə baş verib. 2004-cü il təvəllüdlü Ruhanə İmanova qayınanası Xalidə Manafova ilə mütəmadi mübahisə edirdi. Qayınana, gəlini və oğlunu evdən çıxarmaq istəsə də, oğlunun imkansızlığı səbəbindən bu plan baş tutmayıb. Nəticədə, mübahisə şiddətlənib və Ruhanə İmanova mətbəx bıçağı ilə qayınanasına 13 bıçaq zərbəsi endirərək onu qətlə yetirib.

Hadisə ilə bağlı cinayət işi başlanılıb və polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Ruhanə İmanova saxlanılıb. Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxsə əvvəlcə 10 il azadlıqdan məhrumetmə cəzası verilmişdi.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: