Qarayara təkcə mal-qaradan keçmir, torpaqdan da yoluxa bilərsiniz
Son dövrlərdə peyvəndlərdən yayındırılan heyvanlarda xəstəliklər aşkarlana bilir. Təəssüf ki, hər il 5-6 baş heyvanda qara yara xəstəliyi aşkar olunur.
Minval.İnfo xəbər verir ki, bu sözləri Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan sağlamlığı və baytarlıq xidmətlərinin tənzimlənməsi şöbəsinin müdiri Ramiz Salmanov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu xəstəlik kənardan gələn heyvanlarda müşahidə olunur:
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
“Onlar da nəzarətə götürülür, peyvəndlənir. Ümumiyyətlə, heyvan kəsilən zaman qan laxtalanmırsa, qara yaradan şübhələnmək lazımdır”.
R.Salmanov onu da əlavə edib ki, qara yara xəstəliyi insana yalnız heyvanlardan yox, torpaqdan da yoluxur:
“Heyvanlar vaxtında profilaktik peyvənd olunmalıdır ki, belə xəstəliklərə yoluxmalar olmasın. Qara yara xəstəliyi torpaqda 80, hətta 100 ilə qədər qala bilir. Heyvanların da qarayaraya yoluxması, əsasən yaz və payız aylarında olur. Yazda heyvan örüş-otlaq sahəsinə gedəndə ot az çıxır, otlayan zaman torpaqla daha çox təmasda olur. Heyvanda da hansısa cızıq olanda qara yaraya yoluxma ehtimalı daha tez yaranır. Lakin bir məqamı diqqətinizə çatdırım ki, əgər heyvan peyvəndlənibsə, ona qara yara virusunu iynə ilə belə vursan, heyvan qara yaraya yoluxa bilməz”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda