Qarabağda dini irsin bərpası sürətlənir
Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor, Əməkdar memar Gülçöhrə Məmmədova, dini irsin qorunması istiqamətində genişmiqyaslı işlərin aparıldığını bildirib. O, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazilərinə xüsusi diqqət yetirildiyini vurğulayıb.
Minval.info xəbər verir ki, Gülçöhrə Məmmədova bu fikirləri Mədəniyyət Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən “Tarixi-dini abidələrin mühafizəsi: çağırışlar və perspektivlər” konfransında səsləndirib. O, Şuşada bərpa edilmiş məscidlər və Ağdam Cümə məscidini nümunə olaraq göstərib və bu istiqamətdə işlərin davam etdirilməsinin vacibliyini qeyd edib.
Gülçöhrə Məmmədova bildirib ki, ölkəmizdə yüzlərlə dağıdılmış məscid mövcuddur və onların bərpası ilə yanaşı, digər dini abidələrin də qorunması üçün tədbirlər görülməlidir. Mədəniyyət Nazirliyi bu obyektləri müəyyənləşdirərək dövlət tərəfindən qorunan irs obyektlərinin siyahısına daxil edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakı metrosunda yeni dəmir yolu marşrutu təqdim edildi
Sumqayıt sakinləri zibillikdən bezib: Vəziyyət dözülməzdir!
İnternet bahalaşır: Sürət artır, keyfiyyət sual altındadır
Kəmaləddin Heydərov könüllüləri təltif etdi
Bakıda evli kişi 14 yaşlı qızı qaçırdı
Prezidentin təltif etdiyi Famil Qasımov KİMDİR?
Bizon 13 həftədə 13 avtomobil hədiyyə etdi