"Qarabağ" üçün davam ya tamam matçı

Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.
Minval.info-nun xəbərinə görə, təmsilçimiz “Qarabağ” da növbəti oyununa çıxacaq. Qurban Qurbanovun komandası səfərdə BATE-nin qonağı olacaq. Borisov Arenada baş tutacaq oyun Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Matçı latviyalı hakimlər briqadası idar edəcək. Oyunun baş hakimi Andris Treymanis, köməkçi hakimlər isə Haralds Qudermanis, Alekseys Spasyonņikovs və Aleksandrs Qolubevsdir.
Bakıda keçirilən ilk görüşdə rəqibinə 0:1 hesabı ilə uduzan Ağdam təmsilçisi mərhələni keçmək üçün Belarusdakı oyunda qələbə qazanmalıdır.
Qeyd edək ki, “Qarabağ” – BATE cütünün qalibi ÇL-in pley-off mərhələsində Hollandiyanın PSV komandası ilə qarşılaşacaq.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mourinyo: "Real"dakı münaqişəyə qarışmadım!
Sabah ÇL tarixində: 11 ölkədən 11 futbolçu!
Sabah Çempionlar Liqasında Mançesterə uduzdu: 0:4
Nişanlısı Coşqunun faciəsini göz yaşları ilə danışdı
Sabah "Old Trafford"da tarixi imtahana çıxır
Nizami City: Şəhərin mərkəzində yeni həyat ünvanı
Messi və Ronaldu eyni komandada oynayacaq!