“Qarabağ”- “Şerif” matçının biletləri satışda
“Qarabağ” və Moldovanın “Şerif” komandaları arasında keçiriləcək Avropa Liqasının pley-off mərhələsinin cavab oyununun biletləri satışa çıxarılıb.
Minval.info-nun Azərbaycan təmsilçisinin rəsmi saytına istinadən verdiyi məlumata görə, qiymətlər sektorlara uyğun olaraq, 1 manat, 2 manat, 3 manat, 5 manat və 10 manat arasında dəyişir. VİP biletlər isə 50 manatadır.
Biletlər “Park Bulvar”dakı “Qarabağ” FK Fan-şopunda, Tofiq Bəhramov adına Respublika stadionun kassalarında, “28 Mall” da və onlayn olaraq, iTicket.az saytı vasitəsilə satılır. Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır.
Qeyd edək ki, avqustun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Şerif” matçı saat 21:00-da start götürəcək. İlk oyun isə avqustun 23-də Tiraspoldakı “Şerif” İdman Kompleksinin stadionunda təşkil olunacaq.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ofeliya Sənani bədbəxt hadisə nəticəsində xəsarət alıb
Beşiktaş Luiz Arauxonu heyətinə qatır
Mourinyo: "Real"dakı münaqişəyə qarışmadım!
Sabah ÇL tarixində: 11 ölkədən 11 futbolçu!
Sabah Çempionlar Liqasında Mançesterə uduzdu: 0:4
Nişanlısı Coşqunun faciəsini göz yaşları ilə danışdı
Sabah "Old Trafford"da tarixi imtahana çıxır