“Qarabağ” – “Partizani” matçına bilet alanlar üçün xüsusi avtobuslar ayrılıb
“Qarabağ”ın Albaniya “Partizani”si ilə Bakıda keçirəcəyi UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununa azarkeşlər üçün xüsusi avtobuslar ayrılıb.
“Minval.info” klubun Mətbuat xidmətinə istinadən xəbər verir ki, futbolsevərlərin matçın baş tutacağı Mərdəkandakı “Dalğa Arena”ya rahat gedib-gəlişlərini təmin etməkdən ötrü Ağdam təmsilçisinin Bakı Nəqliyyat Agentliyinə müraciətini qarşı tərəf müsbət cavablandırıb.
Beləliklə, iyulun 17-si saat 18:30-dan 19:45-dək 10 dəqiqəlik intervalla “Koroğlu” metrostansiyasından “Dalğa Arena”ya avtobuslar hərəkət edəcək. “Qarabağ” loqolu avtobuslara yalnız oyun biletini ilə giriş olacaq. Oyundan sonra isə avtobuslar yenidən azarkeşləri stadiondan “Koroğlu”ya geri qaytaracaq.
Qeyd edək ki, matç saat 21:00-da başlayacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
KİV: Baş məşqçi Renat Dadaşova Avropa Liqasında şans verməlidir
Galatasaray - Konyaspor - CANLI
Nurməhəmmədovla Makqreqorun fanatları dalaşdı - VİDEO
Futbolçunun ayağı belə qırıldı - Hər kəs şoka düşdü (FOTO, VİDEO)
"Qarabağ" - BATE matçının hakimləri açıqlanıb
Prezident qızı ilə “Bakı 2019: Ulduzlar Finalı” qarşılaşmasını izləyir
“Trabzonspor”un nümayəndələri Mahirə görə üçün Bakıya gəldi
