“Qarabağ” mərakeşli müdafiəçi ilə müqavilə imzalayıb
Ağdamın “Qarabağ” klubu növbəti transferini reallaşdırıb.
APA-nın məlumatına görə, Azərbaycan çempionu Faysal Rerrası heyətinə qatıb.
Mərakeş əsilli belçikalı müdafiəçi ilə iki illik müqavilə imzalanıb. 26 yaşlı futbolçu sonuncu dəfə Fransanın “Bezye” klubunda çıxış edib.
Belçikanın Lyej şəhərində anadan olan sağ cinah müdafiəçisi vətənində başlayıb. “Vise” (2013-14), “Sent-Truden” (2014-16) klublarında çıxış etdikdən sonra Şotlandiyaya üz-tutan F.Rerras “Harts”ın (2016-17) şərəfini qoruyub. 2017/18 mövsümünü Belçikanın “Mexelen” klubunda keçirən müdafiəçi qış fasiləsində yenidən Şotlandiyaya – bu dəfə icarə əsasında “Hibernian”a keçib. İcarə müddəti başa çatan arxa xətt oyunçusu 2018-ci ilin yayında Fransanın “Bezye” klubu ilə anlaşıb. Liqa2-də keçirdiyi son mövsümdə 23 oyuna çıxan F.Rerras 2 qol vurub. Onun komandası 20 klub arasında 19-cu olaraq Liqa3-ə yuvarlanıb.
2016-cı ildə Mərakeş millisinə çağırılan futbolçu U-23 və əsas yığmaların hərəsində 1 matç keçirib.
Qeyd ki, bu, “Qarabağ”ın üçüncü transferi olub. Azərbaycan çempionu F. Rerrasadək ispaniyalı Xayme Romero və braziliyalı Ailton Silva ilə anlaşıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Siti” ilə bağlı yeni xəbər: O qədər xalı silinə bilər ki…
“Qızıl top” mərasiminin aparıcıları bəlli oldu
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi