"Qarabağ"ın oyunu ilə əlaqədar Bakı metrosunda xüsusi rejim: Təhlükəsizlik və qatarlar gücləndirildi
Bu gün “Qarabağ” Futbol Klubunun UEFA Konfrans Liqası çərçivəsində keçirəcəyi kritik matçla əlaqədar Bakı metropoliteninin iş rejimində operativ tənzimləmələr aparılacaq.
Minval.info xəbər verir ki, “Bakı Metropoliteni” QSC-nin yaydığı rəsmi bəyanata əsasən, azarkeş sıxlığının idarə olunması məqsədilə stadiona ən yaxın yerləşən “Gənclik” stansiyası gücləndirilmiş iş rejiminə keçəcək.
Qurumdan bildirilib ki, sərnişin axınının intensivliyinə uyğun olaraq ehtiyat qatarlar dərhal xəttə buraxılacaq və stansiyalarda növbətçilik əsasında əlavə işçi qüvvəsi cəlb ediləcək. Eyni zamanda, yarana biləcək sıxlığın qarşısını almaq üçün “Nərimanov” və “28 May” stansiyalarında da müvafiq preventiv tədbirlər həyata keçiriləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdə havanın temperaturu 5-10 dərəcə enəcək - xəbərdarlıq
Milli Qəhrəman Ehtiram Əliyevin səhhəti ağırlaşıb
Hacı Qalib indi də Bilgəhdə ümumi istifadədə olan yolu bağlayıb - Fotolar
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib
Qeyri-sabit hava şəraiti bu tarixədək davam edəcək
Dağlıq ərazilərə qar yağır