12.08.2022 - 20:37
İdman
24 baxış
"Qarabağ"ın oyunu təxirə salınıb
“Qarabağ”ın səfərdə “Turan Tovuz”a qarşı keçirməli olduğu Azərbaycan Premyer Liqasının III tur matçı təxirə salınıb.
Musavat.com Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, bu qərar “köhlən atlar”ın Bakıda Çexiyanın “Viktoriya” (Plzen) klubu ilə oynayacağı UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçına daha yaxşı hazırlaşması ilə əlaqədar qəbul olunub.
PFL, Tovuz klubunun da razılıq məktubuna əsasən, Ağdam təmsilçisinin müraciətinə müsbət cavab verib.
Qeyd edək ki, avqustun 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Viktoriya” matçı saat 20:45-də başlayacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabah "Old Trafford"da tarixi imtahana çıxır
10.09.2026 - 20:22
Nizami City: Şəhərin mərkəzində yeni həyat ünvanı
10.09.2026 - 18:02
Messi və Ronaldu eyni komandada oynayacaq!
08.09.2026 - 12:36
Tibb müəssisələrində onlayn növbə sistemi genişlənir
08.09.2026 - 11:26
Osimhen və Lemina 3 həftəlik sıradan çıxdı
06.09.2026 - 16:16
Neftçi Şəfanı darmadağın etdi: 4:1!
05.09.2026 - 23:07
Neymarın zədəsi: Santosda uzun fasilə gözlənilir
05.09.2026 - 19:30
Sabah və Zirə liderlik üçün üz-üzə!
05.09.2026 - 09:42