Qarabağ erməniləri 1283 meyit tapıb - daha iki meyit Füzuli və Hadrutda aşkarlandı
Qarabağ erməniləri döyüş meydanında itkin düşənlərin meyitlərini axtarmaqda davam edirlər.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, yanvarın 24-də aparılan axtarış tədbirləri nəticəsində daha 2 erməninin meyiti aşkarlanıb.
Meyitlərin biri Füzuli, digəri Hadrut istiqamətindən tapılıb. Bildirilir ki, bir meyit hərbçiyə, digəri mülki şəxsə məxsusdur. Onların şəxsiyyətinin müəyyənləşdirilməsi üçün məhkəmə-tibb ekspertizası təyin olunub.
Beləliklə, 13 noyabr 2020-ci ildən başlanan axtarışlar nəticəsində bu günədək 1283 meyit tapılıb. Söhbət Qarabağdakı qondarma “ordu”nun itkilərindən gedir. Meyitlərin yalnız 15-i mülki şəxsə aiddir. Bu gün axtarış işləri Füzuli, Cəbrayıl, Hadrut və Suqovuşan istiqamətində aparılacaq.
Ermənistanda isə itkin düşən hərbçilərin yaxınları etiraz aksiyalarını davam etdirir. Eçmiədzindən Qarabağ döyüşlərinə qatılan və itkin düşən 30-dan çox muzdlu döyüşçünün yaxınları etirazlarını davam etdirirlər.
Onlar israrla axtarış tədbirlərinin həmin döyüşçülərin itkin düşdüyü Zəngilan ərazisində aparılmasını istəyirlər. Bu günlərdə Azərbaycan Ermənistana 30 meyit təhvil verib. Ancaq onlarla bağlı DNT analizləri aparıldığından itkinlərin yaxınlarına nəticəni gözləmək məsləhət olunub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zelenskidən sarsıdıcı etiraf – “Onları itiririk!”
Cənubi Koreya ordusunda robot dövrü başlanır
9 çağırışçıya məhkəmə-tibbi ekspertizası təyin edildi
NATO İtaliyada illik nüvə təliminə başlayır
ABŞ İranı hədəf alan intensiv hərbi əməliyyat planı hazırlayıb
Pakistan Yəməndəki müharibəyə hava əməliyyatları ilə qoşuldu
ABŞ İranla müharibədə 81 hava vasitəsini itirib