07.10.2026 - 11:14
Türkiyənin Səudiyyə Ərəbistanında hərbi bazası qurula bilər
Hərbi xəbər 5 baxış

Türkiyənin Səudiyyə Ərəbistanında hərbi bazası qurula bilər

Türkiyə Səudiyyə Ərəbistanında hərbi mövcudluğunu artırmağı planlaşdırır. Bu çərçivədə krallıq ərazisində öz hərbi bazasını qurma ehtimalı müzakirə olunur.

Minval.info xəbər verir ki, bu barədə “Türkiye” qəzeti məlumat yayıb. Məlumata görə, Ankara “Məkkə müdafiə paktı” çərçivəsində Səudiyyə Ərəbistanına məhdud sayda hərbçi və hərbi texnika göndərməyi planlaşdırır.

2025-ci ildən etibarən Türkiyə Səudiyyə Ərəbistanında 200-dən çox hərbi mütəxəssis və texniki qrup yerləşdirib. Bu qüvvələr krallığın strateji infrastrukturlarının mühafizəsində iştirak edir.

Oktyabrın 5-də Ər-Riyadda Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın daxil olduğu Məkkə alyansı birgə müdafiə öhdəliklərinin icrasına başlanılması barədə qərar verib. Türkiyə dörd mühüm qaz və elektrik enerjisi obyektinin müdafiəsində iştirak edəcək.

Ankaranın hərbi kontingent göndərməsi üçün Türkiyə parlamentinin razılığı tələb olunur və bu qərarın oktyabr ayında qəbul ediləcəyi gözlənilir. Türkiyənin 12 ölkədə hərbi bazası və ya mövcudluğu var, ən böyük kontingenti isə Şimali Kipr Türk Respublikasındadır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: